9 Fevral 23:49
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Annalena Berbokun babası Valdemar Berbok Vermaxt zabiti və nasist olub.

Teleqraf.com xəbər verir ki, İkinci Dünya Müharibəsi zamanı o, zenit silahlarını təmir edən bölmədə mühəndis işləyib.

Sənədlərdə onun sadəcə bir zabit deyil, həm də “nasional sosializmin qızğın tərəfdarı” olduğu bildirilir. Valdemarın Hitlerin baxışlarını tam dəstəklədiyi vurğulanır. O, hətta 1944-cü ildə Hərbi Xidmət Xaçı ilə də təltif edilib.

Öz növbəsində Almaniya Xarici İşlər Nazirliyi Annalena Berbokun babasının keçmişindən və onunla bağlı belə sənədlərin varlığından xəbərdar olmadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər