Ukrayna ABŞ-nin köməyi olmadan sadəcə üç ay Rusiya ordusuna müqavimət göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib.
"Hazırda Ukraynada istifadə olunmamış silah və sursat var. Onların ehtiyatları sürətlə azalır və ABŞ-nin köməyi olmadan, Ukrayna Silahlı Qüvvələri yaza qədər, daha dəqiq desək, üç aya qədər müqavimət göstərə biləcək. Silah və sursatların qəbulunda gecikmənin hər günü Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin vəziyyətinə mənəvi, həm də fiziki tükənməyə təsir edir", - ekspert bildirib.