11 Fevral 15:24
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Estoniyada da açıq şəkildə müharibə hazırlığından danışırlar. Bir neçə ildən sonra belə bir təhlükə ilə üzləşə bilərik.

Teleqraf.com xəbər verir ki, bunu Estoniya Ukraynalıları Konqresinin rəhbəri Vira Konik deyib.

"Estoniya müstəqil olan kimi Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başladı. Çünki Estoniya Rusiya və ondan gələn işğalın nə olduğunu bilir", - konqres rəhbəri bildirib.

O qeyd edib ki, ölkədə hələ də deportasiyaları, sovet işğalı və birinci Estoniya Respublikasını xatırlayan nəsil yaşayır. Konik əlavə edib ki, estoniyalılar Rusiya təcavüzünün təkrarlanacağı fikrindən heç vaxt daşınmayıb. Buna görə də ölkədə özünümüdafiə sistemi yaradılıb. Kaytselit Müdafiə İttifaqı könüllü hərbiləşdirilmiş birləşmələrdən ibarətdir. Artıq meşələr və şəxsi torpaq sahələrində “Əjdaha dişləri” və beton bloklar quraşdırılıb.

Konikin sözlərinə görə, Estoniya cəmiyyəti Rusiyadan gələn təhlükəni anlayanlar və Kremlin təbliğatının təsiri altına düşənlərə bölünüb. O, ölkə əhalisinin dörddə birinin rusdilli olduğunu və onun Rusiya KİV-lərinin təsir dairəsində olduğunu söyləyib.

Yerli ekspertlərin fikrincə, ölkənin rusdilli əhalisinin yalnız 10 faizi Rusiya gələn məlumatları tənqid edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər