ATƏT-in Ukraynadakı monitorinq qrupunun rəhbəri Ərtoğrul Apakan Mariupol şəhərinin atəşə tutulması ilə əlaqədar bəyanat verib.
Teleqraf.com-un UNİAN agentliyinə istinadən məlumatına görə, Ə. Apakan Mariupolun atəşə tutulmasını dinc əhaliyə qarşı amansız hücum adlandırıb.
Həmçinin, ATƏT hücumun əhalinin sıx yaşadığı mikrorayona edilməsini təsdiqləyib. Ə.Apakan dərhal atəşin dayandırılması və hadisənin araşdırılmasına çağırıb.
Bundan əvvəl, ATƏT müşahidəçilərinin Mariupolda baş verən faciə yerinə yollanması barədə məlumat verilmişdi.