Avropanın NATO-ya üzv ölkələri qorxurlar ki, Donald Tramp hakimiyyətə gəlsə, ABŞ alyansın müdafiə sənayesinə investisiya qoymağı dayandıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.
Trampın Ağ Evə qayıdışı perspektivi avropalı müttəfiqlər arasında ABŞ-nin transatlantik təhlükəsizliyə sərmayə qoymasını təmin etmək üçün nə edə biləcəkləri ilə bağlı fəal müzakirələrə səbəb olub. Müttəfiqlər müdafiə xərcləri və Ukraynaya yardımı artırmaqla yanaşı, ABŞ üçün vacib olan məsələlərə də diqqət yetirməlidirlər. Bunların arasında Çin təhlükəsi də var.
Avropakı diplomat “Bulmberq”ə deyib ki, müttəfiqlər həmçinin NATO sammitində Trampla necə davranacaqlarını müzakirə edirlər, onlar bunun üçün yaltaqlıqla əsas məsələlərdə qəti mövqelərini birləşdirmək istəyirlər.
Bütün bunlar NATO-nun ən güclü üzvü olan ABŞ-ni alyansda saxlamaq üçün edilir.
Blokun bütün üzvləri arasında müdafiəyə ən çox pul ayıran Vaşinqtondur. Təkcə 2022-ci ildə ABŞ-nin payı 70 faiz təşkil edib.