Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynanın şərqində baş verənlərlə bağlı bəyanat verib.
Axar.az xəbər verir ki, Gürcüstan hökuməti günahsız insanların həlak olmasına təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirib.
XİN tərəfləri münaqişəni sülh yolu ilə nizamlamağa çağırıb. Gürcüstanın Xarici İşlər Nazirliyi Ukrayna hökuməti və xalqına Mariupol teraktına görə başsağlığı verib.