17 Fevral 13:33
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah İsraildən qisası hərbi mövqeləri vurmaqla yox, qanla alacaqlarını iddia edir.

Teleqraf.com xəbər verir ki, o, İsrailin Livanın cənubuna zərbələri nəticəsində mülki vətəndaşların ölümünü “qətliam” adlandırıb.

“Dinc insanların axıdılan qanlarının bədəlini mövqeləri vurulmaqla yox, qanla ödəyəcəklər”, - təşkilat lideri deyib.

Nəsrullah “Hizbullah”ın İsraillə döyüşməsi üçün hərbi imkan və resurslara malik olduğunu iddia edib.

“Müqavimət Kiryat Şmonadan Eliata (İsrail şəhərləri) qədər olan məsafəni qət edə bilən raket qüvvəsinə malikdir”, - Nəsrullah vurğulayıb.

Yanvarın 14-də İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə və Savana şəhərlərinə hava zərbələri nəticəsində 10 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər