18 Fevral 18:17
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı müharibə Rusiya üçün “Vyetnam posesi”nə çevrilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Maks Berqman deyib.

"Kiçik ölkələrin daha böyük ölkələrlə döyüşlərdə qalib gəldiyini görmüşük, əsas nümunə Vyetnamdır. Və məncə, müharibəyə ən düzgün baxış budur", - analitik bildirib.

Vyetnam müharibəsi zamanı 58 mindən çox amerikalı həlak olmuşdu. 1950-ci illərdə başlayan müharibə 1975-ci ilə qədər davam etmişdi. Uzun sürən savaş ABŞ ordusunun Vyetnamdan çıxarılması ilə bitmişdi.

"Ukraynalıların təslim olacaqlarını düşünmürəm, çünki onlar üçün bu, ekzistensial müharibədir. Rusiya üçün belə deyil", - Berqman vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər