20 Fevral 02:00
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qırıcıları Livanın Sayda şəhərinin Qaziyyə bölgəsində müəyyən ərazilərə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Livanın “Əl-Mayadeen” telekanalı məlumat yayıb.

Hücum zamanı avtomobilin vurulduğu və əraziyə xeyli sayda təcili yardım maşınlarının gəldiyi bildirilib.

Digər bir mənbənin bildirdiyinə görə, zərbələr zamanı azı 14 nəfər yaralanıb. Yaralıların əksəriyyəti Suriya və Fələstindən olan qaçqınlardır.


Müəllif: Teleqraf.com