21 Fevral 08:28
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlamışdı.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrin mütəxəssisləri Ukrayna üçün əks-hücum planını hazırlayıblar.

"Əks-hücum planına görə, Ukrayna Silahlı Qüvvələri Azov dənizinə çıxmalı və Krıma quru dəhlizini kəsməli idi", - deyə Şoyqu qeyd edib.

General Ukraynanın əks-hücum əməliyyatından əvvəl RF Silahlı Qüvvələrinin qurduğu müdafiə xəttinin Ukrayna qoşunlarını gündəlik olaraq sıradan çıxarmağa və müəyyən istiqamətlərdə irəliləməyə imkan verdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər