Almaniyanın hökumət başçısı Anqela Merkel Poroşenko və Putinlə Ukraynada vəziyyətin kəskinləşməsini müzakirə edib.
Ukrayna və Rusiya prezidentləriylə telefon söhbətində AFR-in kansleri atəşkəs rejiminə riayət etmənin əhəmiyyətini diqqətə çatdırıb. Merkel söhbət əsnasında Minsk razılıqlarına əməl etməyin zəruriliyini vurğulayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Almanıyanın rəsmi hökumət nümayəndəsi Şteffen Zaybert açıqlama verib.
Nail Cəlil