ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “dəli köpəkoğlu” adlandırarkən, amerikalıların öz oğluna dediklərini yadına salmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Co Bayden növbəti dəfə “dəli köpəkoğlu” ifadəsini işlətməyə qərar verəndə, amerikalıların bunu öz nəslindən olan Hunter Baydenə dediklərini xatırlamalıdır”, - Zaxarova vurğulayıb.