18 Mart 11:08
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdaddakı tərəfdaşlarımız ilk dəfə PKK-nın İraqın maraqlarına zidd fəaliyyət göstərən terror təşkilatı və ölkəyə buraxılmamasının lazım olduğunu qəbul etdilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Nazir Türkiyə ilə İraq arasında terrorla mübarizədə mühüm qərarlar qəbul edildiyini bildirib.

“Təkcə qarşılaşdığımız terrorçular barədə tədbir görməyəcəyik, İzlədiyimiz terrorçuları da yaxalayacağıq və lazım olanı edəcəyik”.

Hakan Fidan Türkiyənin indi oyun yaradan, lazım olanda oyunu dəyişən bir ölkə olduğunu vurğulayıb:

“Terror xəstəliyini təkcə ölkəmizdən yox, həm də sərhədlərimizin o tayında aradan qaldırmaq üçün səylərimiz bütün sürətilə davam edir. Bu yaxınlarda müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatının direktoru ilə Bağdadda olduq. İraqlı həmkarlarımızla sərhədlərimiz daxilində və xaricində terror ünsürlərini məhv etmək iradəmizi bölüşdük. Onlardan söz aldıq ki, bu məsələdə bizimlə birgə hərəkət edəcəklər. Bunun sayəsində həmsöhbətlərimiz ilk dəfə PKK-nın İraqın maraqlarına zidd fəaliyyət göstərən terror təşkilatı və ölkəyə buraxılmamasının lazım olduğunu qəbul etdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu