26 Aprel 16:17
2 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Almaniya üçün vazkeçilməz müttəfiqdir.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.

Prezident Almaniya və Türkiyənin Yaxın Şərqdəki münaqişələrə fərqli baxışlarının olduğunu da söyləyib:

“Ancaq Türkiyə ilə o nöqtədə həmfikirik ki, Yaxın Şərqdə daimi sülh (İsrail və Fələstin arasında) ikidövlətli həll yolu ilə mümkün olacaq”.

İki ölkənin NATO və G-20-də müttəfiq olduğuna diqqət çəkən Ştaynmayer vurğulayıb:

“Türkiyə-Almaniya olaraq bir-birimiz üçün vazkeçilməzik, bir-birimizə ehtiyacımız var”.

Almaniya prezidenti 22-24 apreldə Türkiyədə olub. O, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər