26 Aprel 16:26
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır itkilərə baxmayaraq, Rusiya ordusu Ukraynanın Avdiv şəhərinin qərbində bir neçə kiçik yaşayış məntəqəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya qüvvələrinin Donetsk vilayətinin Avdiv şəhərinin qərbinə doğru irəliləməsi son bir həftə ərzində sürətlənib. Rusiya quru qoşunları Ukrayna şəhərinin dərinliyində dar çıxış yolu yaradıb”, - nazirlik bildirib.

Həmçinin qeyd olunur ki, Rusiya qoşunları fevralda Avdiv üzərində nəzarəti ələ keçirdikdən sonra bu şəhər rusların hücumlarının əsas istiqamətlərindən biri olaraq qalır.

“Rusiya quru qoşunlarının ağır itkilərə məruz qalmasına baxmayaraq, burada bir neçə kiçik yaşayış məntəqəsi üzərində nəzarəti bərqərar ediblər”, - açıqlamada vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu