18 Mart 13:28
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə çempionatının "Trabzonspor" - "Fənərbaxça" oyunu sona çatdıqdan sonra baş verənlərin futbolda və cəmiyyətdə yeri yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino deyib.

"Türkiyə liqasının "Trabzonspor" - "Fənərbaxça" matçından sonra şahidi olduğumuz zorakılıq qətiyyən qəbuledilməzdir. Stadionda və ya meydandan kənarda – bunun bizim idmanda və cəmiyyətdə yeri yoxdur. Hər bir oyunçunun futbol oyanayan zaman təhlükəsizliyi təmin olunmalıdır. Trabzonda yaşanan sarsıdıcı hadisələrə görə ədalətin bərqərar olacağına ümid edirik", - İnfantino bildirib.

Qeyd edək ki, bazar günü Türkiyə çempionatının 30-cu turu çərçivəsində səfərdə "Fənərbaxça" 3-2 hesabı ilə "Trabzonspor"u məğlub edib. Final fitindən sonra "Fənərbaxça"lılar meydanın mərkəzində qələbəni qeyd etməyə başlayıblar. Bu, meydan sahiblərinin azarkeşlərinin xoşuna gəlməyib, onlar meydançaya qaçıblar, bundan sonra qonaq kollektivin futbolçularının iştirakı ilə kütləvi dava düşüb.

Xatırladaq ki, "Fənərbaxça" Türkiyə çempionatının turnir cədvəlində 79 xalla lider "Qalatasaraydan" 2 xalla geridə ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 49 xalla üçüncüdür.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər