7 Sentyabr 14:19
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan "Nigar xanım" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı ikinci həyat yoldaşı Mamed Nanacanovdan ayrılması haqqında bu sözləri deyib:

"Mənim xəbərim olmadan kanalların birində şəkil yayımlandı. Həmin şəkil də sosial şəbəkədə var. Haqqımda süjet hazırlanmışdı və orada uşaq vaxtından bu günə qədər həyatım əks edilmişdi. 25 il əvvəlin toy şəkilini yutubdan tapıb yayımlamışdılar. O da ailə qurub, bəlkə onun da ailəsindən problem yaşanır. Mənim üçün bu adi bir haldır. Bildim ki, həyat yoldaşım bunu pis qəbul edəcək. Dediyim də oldu, reklamarası zəng etdi və məni günahlandırdı ki, şəkili sən vermisən. Bilmir ki, həmin şəkil yutubda var. Bunu biləndən sonra düşündü ki, mənə qarşı haqsızlıq edib. Amma ürəyim sındı. Həmin verilişə görə də biz ayrıldıq. Amma hələ də rəsmi boşanmamışıq. O, peşmandır və deyir ki, barışaq. Mən də düşünmək üçün dekabra qədər vaxt istəmişəm".



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər