İsrail Müdafiə Qüvvələri (IDF) Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birlikdə Qəzza zolağının mərkəzində Fələstinin radikal İslami Cihad qruplaşmasının iki batalyonunun komandirlərini öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də ölkənin Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər Deyr əl-Bələhdəki humanitar zonada HƏMAS və İslami Cihad yaraqlılarının istifadə etdiyi kamuflyajlı terrorçu komandanlıq kompleksinə hücum edib.
Zərbə zamanı İslami Cihad batalyonunun komandirləri Abdulla Xəttab və Xatem Əbu əl-Cadian da həlak olub.