7 Sentyabr 20:14
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Fransa prezidenti Emmanuel Makrona qarşı solçu partiyaların təşkil etdiyi etirazlar başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar Makronun hakimiyyəti ələ keçirməsinə qarşıdırlar.

Mitinqdə sol partiyaların, Yaşıllar və Sosialistlərin liderləri çağırış ediblər. Aksiya iştirakçıları Fransa prezidenti Emmanuel Makronun solçu "Yeni Xalq Cəbhəsi" koalisiyasından namizədi baş nazir təyin etməkdən imtina etməsi ilə razılaşmadığını bildirir və dövlət başçısını istefaya çağırırlar.

Fransa lideri bildirib ki, solçular bloku növbədənkənar seçkilərdə qələbə qazansa da, hökumətin formalaşmasında iştirak etməyəcəklər.


Müəllif: Arzu

Oxşar xəbərlər