7 Sentyabr 10:01
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər