Xəbər verdiyimiz kimi, ötən gün Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
Teleqraf.com Baku TV-yə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi "İsa bulağı" istirahət kompleksində təşkil olunub.
Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bu xoş günlə bağlı təəssüratını bölüşüb:
"Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram".