7 Sentyabr 22:21
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin bir barreli 40 dollara başa gələcəksə, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməyəcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.

"Görəcəyim işlərdən biri odur ki, qalib gəlsək, vəzifəyə başlamazdan əvvəl prezident seçiləndə bu müharibəni həll edə biləcəyimə inanıram. Mən bu müharibəni dayandıra bilərəm, çünki bu, dəhşətli müharibədir. Və Ukraynada daha çox insan ölür - təsəvvür etdiyinizdən də çox insan", - Tramp bildirib.

O qeyd edib ki, müharibə neftin bir barreli 100 dollar olanda gedir, barreli 40 dollar olsa, müharibə dayanacaq.

Seçkilərdə qalib gələcəyi təqdirdə həyata keçirəcəyi enerji siyasətini şərh edən Tramp enerji qiymətlərini kəskin şəkildə aşağı salmaq niyyətində olduğunu açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər