7 Sentyabr 23:39
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo ABŞ və Kanadaya qarşı terror hücumlarının təhlükəsinin artdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, keçmiş dövlət katibi bu sözləri “Fox News” telekanalına müsahibəsində deyib.

“Kanada və ABŞ-da artan terror təhlükəsi çox realdır. FTB-nin qarşısında çox çətin bir vəzifə var " - o deyib.

Pompeo miqrasiya böhranı ilə əlaqədar təhlükənin artdığını açıqlayıb. Onun sözlərinə görə, sərhəddə nəzarətin olmaması terror aktı təhlükəsini kəskin şəkildə artırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər