Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "Vaz 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırma aparılır.