7 Sentyabr 18:25
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın yeni Baş naziri Mişel Barnyeni İrəvana dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan yeni Baş nazirə ünvanladığı təbrik məktubunda Ermənistan-Fransa çoxprofilli gündəliyinin birgə səyləri ilə genişləndirilməsinə və yeni proqramların həyata keçirilməsinə sadiqliyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər