7 Sentyabr 21:02
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan hakimiyyəti Rusiya-Ukrayna münaqişəsində tərəf tutmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan baş nazirinin müavini Edil Baysalov deyib.

O bildirib ki, ölkədə həm rusların, həm də ukraynalıların icmaları yaşayır: "Lakin Qırğızıstan hakimiyyəti üçün daxili tərəqqi prioritet olaraq qalır və onlar heç nəyi öz milli inkişaflarından üstün tutmaq niyyətində deyillər".

Eyni zamanda, qeyd edib ki, Rusiyadan imtina etmək ölkənin milli maraqlarına uyğun gəlmir, Rusiya Qırğızıstanın əsas ticarət tərəfdaşlarından biridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər