8 Sentyabr 00:58
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin incidiyini bildirib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Putinin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməsi ilə bağlı şərhi olub.

“Mən Putini yaxşı tanıyıram. O, bu yaxınlarda Kamalaya dəstək olub. Bu, mənim həqiqətən xətrimə deyib” - deyə o bildirib.

Xatırladaq ki, daha öncə Vladimir Putin hazırkı Amerika prezidenti Co Baydenin ABŞ seçkilərində Rusiyanın “favoriti” olduğunu deyib. Putin qeyd edib ki, Bayden seçki yarışını tərk edəndən sonra öz tərəfdarlarına Kamala Harrisi dəstəkləməyi tövsiyə edib, ona görə də Moskva onun məsləhətinə əməl edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər