7 Sentyabr 19:49
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında komanda medalı uğrunda mübarizəni vaxtından əvvəl qazanıb.

Teleqraf.com xəbər verir ki, Çinin təmsilçiləri 86-sı qızıl olmaqla 196 medal qazanıblar.

İkinci yeri isə 45-i qızıl olmaqla 107 medalla Böyük Britaniya tutub. Böyük Britaniya təmsilçiləri medal sıralamasında Çin komandasına qalib gəlmək şansını itirib.

Qeyd edək ki, Çin yığması ardıcıl altıncı dəfə Paralimpiya Oyunlarının qalibi olub. Çin idmançıları daha əvvəl 2004, 2008, 2012, 2016 və 2021-ci illərdə Oyunların qalibi olublar.

Parisdə 2024-cü il Paralimpiya Oyunları avqustun 28-də başlayıb. Müsabiqə sentyabrın 8-də başa çatacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər