Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərilməsinin mümkünlüyü haqda danışarkən, nə dediyini dərk etmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlamasına gəlincə, belə bir hiss var ki, Fransa prezidenti prinsip etibarilə nə tabeliyində olanların, nə də özünün dediklərindən xəbərdardır”, - diplomat söyləyib.
Zaxarova bu kontekstdə xatırladıb ki, cəmi bir ay əvvəl Fransa xarici işlər naziri Parisin Ukraynaya muzdlu göndərməsi barədə məlumatı inkar edib, açıq sübutları “kobud rus təbliğatı” adlandırıb.
Rusiyalı diplomat Makronun diqqətini Fransanın tarixindəki ziddiyyətli məqamlara da çəkib:
“1945-ci ilin aprelində Berlini fransız SS diviziyası “Şarleman” və başqaları müdafiə edirdi. Onlar həm də “Fürerbunker”i - Hitlerin bunkerini müdafiə edirdilər. Eyni zamanda, onlar Üçüncü Reyxdə nasistlərdən “Cəngavər Xaçı” ordeni alanlar arasında idilər. Fransız SS-nin üzvləri Reyxstaq və Reyx kanslerinin son müdafiəçiləri oldular.
Emmanuel, yoxsa Zelenskinin bunkerini müdafiə etmək üçün “II Şarleman” diviziyasını təşkil etmək qərarına gəlmisən?