İran “Hizbullah” terror təşkilatına İsrailin şimal sərhədində hücumlarını artırmaq üçün “yaşıl işıq” yandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Arabic Post” İran və Livan mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin iddiasına görə, Tehran İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərini ələ keçirmək planından əmin olduqdan “Hizbullah”a genişmiqyaslı hücuma başlamaq əmri verib.
İran bu qərarı İsrail Müdafiə Qüvvələrinin Rəfahı ələ keçirdikdən sonra növbəti hədəfinin Livanın cənubunu olacağı qorxusu fonunda qəbul edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mənbəsi “Arabic Post”a deyib ki, SEPAH-ın “Qüds” briqadasının komandiri, general İsmayıl Qəni dünən Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullahla İsrail-Livan sərhədindəki son gəlişmələri müzakirə edib.
Görüşün İsrailin Livanda “Hizbullah”a hücuma başlamaq niyyətini göstərən məlumat əldə edildikdən sonra təcili toplantının keçirilməsi çağırışını edən Nəsrullahın tələbi ilə keçirildiyi bildirilir.
“Hizbullah” lideri Qəniyə deyib ki, hücum Ramazan ayı və ya İsrailin Rəfahı ələ keçirməsindən sonra baş verə bilər. Nəsrullah qeyd edib ki, İsrailin Livana genişmiqyaslı hücum etmək niyyətindən tam əmindir.