15 Mart 10:44
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Xarkov və Donetsk vilayətlərini S-300 və S-400, Poltavanı X-59 raketləri ilə vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kirovoqrad, Nikolayev, Xarkov, Xerson, Xmelnitski, Vinnitsa, Kiyev və vilayətləri də “Şahid” PUA-ları (İran istehsalı) ilə hədəfə alınıb. Rusiya ərazisindən buraxılan 27 dronun hamısı Ukrayna hərbi aviasiyası tərəfindən məhv edilib.

Ukraynada gecə saatlarında hava xəbərdarlığı elan edilib, bölgələrdə partlayışlar eşidilib, hava hücumundan müdafiə sistemləri səhərədək işləyib.


Müəllif: Mənsur Rəğbətoğlu