19 Mart 00:28
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukraynadaki işğalı rədd edir, lakin müharibəyə artıq son qoyulmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə sülh çağrısı edən nadir ölkələrdəndir. Nazirin sözlərinə görə, müharibənin bütün bölgəyə yayılması və atom silahından istifadə riskindən narahatdır.

H. Fidanın onu da əlavə edib ki, 2024-cü il ərzində Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində müsbət nəticənin əldə edilməsi sual altındadır.


Müəllif: Teleqraf.com