23 Mart 17:13
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.

Teleqraf.com xəbər verir ki, Putin xalqa müraciətində terrorun əsl təşkilatçıları və sifarişçilərinin layiqli cəzalarını alacaqlarını söyləyib:

“Terror aktında əli olan hər kəs müəyyənləşəcək və cəzalanacaq. Rusiya kəşfiyyat xidmətləri terrorçuların ortaqlarının müəyyən edilməsi üzərində işləyir. İstintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək. İndi rusların vəzifəsi həmrəy olmaqdır. Kimsə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz".

Rusiya lideri terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib: “Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan “pəncərə” açılıb”.


Müəllif: Teleqraf.com