Kosovonanın paytaxtı Priştində serb əsilli nazirin istefası tələbi ilə keçirilən aksiyada nümayişçilərlə polis arasında qarşıdurma olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nəticədə 72-sı polis olmaqla 98 nəfər yaralanıb. Nümayişdə Priştinin meri Şpend Ahmed də saxlanılıb. Ancaq Ahmed verdiyi açıqlamada hansı səbəbdən saxlanıldığını bilmdəyini deyib.
Rəsmilər nümayişlərdə 2 minə yaxın insanın iştirak etdiyini açıqlayıblar. Aksiyalar zamanı 200 nümayişçi saxlanılıb.
Qeyd edək ki, nümayişçilər Kosovo Respublikasının naziri, milliyətcə serb olan Aleksandr Yablonoviçin istefasını tələb ediblər.
Samir