27 Mart 12:52
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının iki lideri orduya təslim olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin sözçüsü Əbubakar Abdullahi məlumat verib.

Ordu sözçüsü Borno əyalətində terror təşkilatına qarşı əməliyyatın davam etdiyini bildirib. Abdullahi qeyd edib ki, əməliyyatlar zamanı təşkilatın iki lideri təslim olub.

2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi terror aktlarında 20 mindən çox insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin qonşuları Kamerun, Çad və Nigerə ​​də hücum edir.


Müəllif: Mənsur Rəğbətoğlu