30 Mart 18:36
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları martın 22-də baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinə “Crocus City Hall”da memorial önünə gül dəstələri qoyublar.

Teleqraf.com xəbər verir ki, aralarında Asiya, Afrika, Avropa, Latın Amerikası, Yaxın Şərq və MDB ölkələrinin də diplomatları yer alıb.

Martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb.


Müəllif: Teleqraf.com