Kuba ABŞ-dan adanın iqtisadi blokadasına son qoymağı tələb edir.
Teleqraf.com-un xəbərinə görə, rəsmi Havana eyni zamanda ikitərəfli münasibətlərin qaydaya salınması üçün Vaşinqtonla aparılan danışıqlarda öz inqilabi prinsiplərindən geri çəkilmək niyyətində deyil. Bu barədə Kuba lideri Raul Kastro Kosta-Rikada Latın Amerikası və Karib Dövlətləri Birliyinin sammitində çıxışı zamanı bildirib.
"ABŞ Kubaya münasibətdə öz siyasətinin iflasa uğradığını başa düşdü. Prezident Barak Obamanın Havana ilə diplomatik mnasibətləri qaydaya salmaq qərarı Kuba xalqının qələbəsidir", - Kastro qeyd edib.
Nihad