29 Yanvar 2015 02:29
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları Ukraynanı Donbasın bərpası üçün zəruri vasitələrlə təmin etməyə hazırdır.

Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett çıxış edib.

O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynanın şərqində infrastrukturun bərpası, həmçinin, müxtəlif nəqliyyat sahələrinin inkişafı üzrə layihələrə maliyyə və texniki köməyi göstərməyə hazırdır.

Səfir ABŞ-la Ukrayna arasında 2 milyardlıq kredit zəmanətləri haqqında bəyannamənin imzalanmasını belə yardıma misal göstərib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər