Çin şirkətləri Ukrayna münaqişəsində Rusiyaya maddi yardım göstərməməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Cannet Yellen Çin Xalq Respublikası Dövlət Şurası baş nazirinin müavini He Lifeng ilə görüşdə bildirib.
AFP-nin məlumatına görə, Cannet Yellen He Lifengi Çin şirkətlərinin Rusiyaya yardım etdiyi məlum olarsa, bunun “ciddi nəticələr” verəcəyi ilə hədələyib.
Yellen bəyan edib ki, Çin şirkətləri Rusiyanın Ukrayna ilə münaqişəsinə maddi yardım göstərməməli, o cümlədən Rusiya müdafiə sənayesi bazasına dəstək verməməlidir.
Görüş zamanı Amerika Maliyyə Nazirliyinin rəhbəri eyni zamanda bildirib ki, Çin müəssisələri həddən artıq çox məhsul istehsal edir və bu, qlobal balansı poza bilər.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Cannet Yellen Çin Xalq Respublikasında səfərdədir.