9 Aprel 13:04
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya mümkün hərbi kontingentin göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Aleksey Polişçuk deyib.

“Belə söhbətlər narahatlığa səbəb olmaya bilməz. Ukraynaya hərbi müdaxiləyə çağıran siyasətçilər odla oynayırlar”, - diplomat Fransa liderinin müvafiq bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyət və seçki maraqlarına qurban verirlər.

“Görünür, onlar böhran və eskalasiya risklərinin artmasından xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejimini silahlandırmağın nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”, - Polişçuk vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər