9 Aprel 17:52
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Avropa üzərindəki “qoruyucu çətir”i tezliklə bağlana bilər, hətta buna görə də Avropa Birliyi NATO çərçivəsində belə yalnız öz qüvvələrinə arxalanmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.

“Söhbət “soyuq müharibə” dövründə Avropanı qoruyan “çətir”dən gedir. Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində kimin – Donald Tramp və ya Co Baydenin qalib gələcəyindən asılı olaraq bağlana bilər”, - AB-nin baş diplomatı bildirib.

Borrel əlavə edib ki, NATO önəmli olaraq qalır, amma alyans daxilində Avropanın öz ordusu olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər