Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərdi.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, bundan sonra Qərb proseslərə mane oldu: “Qərb regionda sülhün bərqərar olmasından ehtiyatlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Məsələ ondan ibarətdir ki, Qərbin müdaxiləsi regionda əldə olunmuş harmoniyanı pozur”.