İranın İsrailə kütləvi hücumu yalnız başlanğıc ola bilər, Tehranın böyük bir raket və kamikadze dronu ehtiyatı var.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin “Demokratiyaları Müdafiə” Fondunun analitiki Beham Ben Taleblu deyib.
Analitik hesab edir ki, İran İsrailə qarşı “min zərbə ilə ölüm” strategiyasını həyata keçirməyə çalışır.
“Tehran 45 ildir yəhudi dövləti ilə ideoloji və strateji olaraq müharibə aparır. Bu, “İsrailə ölüm”lə yanaşı, “Amerikaya ölüm” anlayışını əks etdirir”, - Taleblu vurğulayıb.
Təhlilçi qeyd edir ki, İrandan daha çox ictimai əməliyyatlar (terror aktları) gözlənilməlidir:
“Tehran son dərəcə köhnəlmiş hava qüvvələri və raket arsenalına malik olsa da, hələ də çoxlu raket və dronları var. Qorxuram ki, bu, (hücum) aysberqin yalnız görünən hissəsidir”.