Ukraynanın itirilmiş əraziləri üzərində yenidən nəzarəti bərpa etməsi üçün qərb ölkələrini köməyə çağırıram.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.
"Ukraynanın beynəlxalq arenada həmişə qərb ölkələrinin daimi və sonsuz köməyinə ehtiyacı var. Bu gün biz ilk növbədə silah-sursat təminatı ilə bağlı addım atmalıyıq. Ukraynada vəziyyət çox ağırdır. Onlar itirdikləri əraziləri üzərində yenidənj tam nəzarəti bərpa etmək istəyirlər. Bu, həm də bütün dünya üçün vacibdir. Çünki bu, beynəlxalq hüququn qüvvədə olduğuna işarədir. Moskva ilə Kiyev arasında sülh danışıqlarının mümkünlüyü barədə heç bir söhbət eşitməmişəm. Bilirəm ki, Zelenskinin müdafiəsi və ərazilərin geri qaytarılması ilə bağlı çox sərt mövqeyi var", - prezident vurğulayıb.