30 Yanvar 2015 06:41
656
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdə daha bir qanlı terror akisyası baş verib. İsraillə həmsərhəd olan Sinay yarımadasındakı Əl Əriş şəhərində silahlıların hücumu nəticəsində 25 nəfər həlak olub.

Teleqraf.com-un “Frans Press”-ə istinadən məlumatına görə, həlak olanların çoxu Misir ordusunun hərbi qulluqçularıdır.

Məlumata görə, terrorçular avtomobilə quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Bundan başqa onlar şəhərə raket zərbələri endirib. Zərbələr nəticəsində hərbi baza, polis məntəqəsi və hərbçilərə məxsus yaşayış kompleksinə ciddi ziyan dəyib.

Bundan başqa Əl Əriş şəhərində naməlum silahlı şəxslər Misirin “Əl Ahram” dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirib.


Müəllif:

Oxşar xəbərlər