30 Yanvar 2015 07:56
641
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda İranın uranı zənginləşdirməsi məsələsinə həsr edimiş növbəti toplantı keçirilib. Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri İran XİN rəhbərinin müavini ilə İranın nüvə probleminə dair danışıqlar aparıb.

Teleqraf.com-un “Anadolu”ya istinadən məlumatına görə, İranı danışıqlarda XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt-Rəvançı təmsil edib. Avropa ölkələri tərəfindən danışıqlarda Nikolya Qarye (Fransa), Hans Ditrix Lukas (Almaniya) və Sayman Qass (Britaniya) iştirak edib. Görüş zamanı tərəflər İranın nüvə probleminin nizamlanması istiqamətində birgə səyləri müzakirə edib.

Danışıqlar fevralın 8-də Təhlükəsizlik üzrə Münhen konfransında XİN rəhbərləri səviyyəsində

Davam etdiriləcək.


Müəllif:

Oxşar xəbərlər