Krım üzərində Rusiya ordusunun Ka-27 çoxfunksiyalı helikopteri vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Helikopterin vurulması içəridə olan 4 ekipaj üzvünün hamısının ölümü ilə nəticələnib.
Həlak olanların adları da açıqlanıb: ekipaj komandiri Əziz Şayaxmetov, atıcı Aleksandr Solovey, uçuş texniki İvan Stepin və naviqator Nikita Tokarçuk.