28 Aprel 21:19
265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 34 454-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, Qəzza zolağında 77 575 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib


Müəllif: Teleqraf.com