30 Aprel 10:20
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu husilərin Qırmızı dənizdə ona məxsus “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru buraxdığı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf.com “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, husilər həmçinin Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç PUA ilə hücum ediblər. Amma gəmi və ekipaj üzvləri xəsarət almayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər