30 Aprel 18:48
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya daxil olan xarici vətəndaşların hərtərəfli yoxlanılması “Krokus”da baş verən terror aktından sonra görülən müvəqqəti tədbirdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muxriddinlə telefon danışığında bildirib.

Nazir bildirib ki, “Krokus Siti Holl”da baş verən faciəvi hadisə Rusiyaya gələn əcnəbi vətəndaşların hərtərəfli yoxlanılmasının səbəb olub.

Lavrov həyata keçirilən tədbirlərin müvəqqəti xarakter daşıdığını, konkret millət və ya dinə qarşı yönəlmədiyini, keçid məntəqələrində vəziyyətin tədricən tənzimləndiyini vurğulayıb.

Aprelin 29-da Tacikistan Xarici İşlər Nazirliyi Rusiyada taciklərə qarşı kütləvi ayrı-seçkilik halları və onların hüquq və azadlıqlarının pozulması ilə bağlı rəsmi Moskvaya nota verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər